Ermənilər hələ belə biabır olmamışdılar -  Vardan Voskanyan

20:49 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Laçın yolunda qurduğu nəzarət buraxılış məntəqəsində normal və sivil qaydada erməni nömrəli avtomaşınların və Ermənistan pasportu daşıyan vətəndaşların yoxlanışını əks etdirən videogörüntülər erməni millətçilərini "məyus" edib.

"Laçın yolunda baş verənlər milli biabırçılığın növbəti tamaşası oldu", hafta.az bildirir ki, bu barədə erməni ekspert, daşnak Vardan Voskanyan öz Telegram kanalında yazıb.

 “ Ermənistanın və ermənilərin bu cür alçaldılmasını ən pis yuxuda belə təsəvvür etmək mümkün deyildi və təəssüf ki, bu rüsvayçılıq uçurumunun sonu hələ görünmür...”, - Vardan Voskanyan yazıb.

Siyasət rubrikasından digər xəbərlər